Kintananın durumuna aydınlıq gəldi: İspaniyalı 3 həftə kənarda qalacaq
12.08.2017 - 21:09
Kintananın durumuna aydınlıq gəldi: İspaniyalı 3 həftə kənarda qalacaq

“Qarabağ”ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan ispaniyalı legioner dünən “Neftçi”yə 3:1 hesablı qalib gəldikləri matçın 86-cı dəqiqəsində xəsarət alaraq meydanı vaxtından əvvəl tərk edib.

 

İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani təxminən 3 həftə sonra məşqlərə start verəcək.

 

0