[b]“Qələbə istəyən komanda oyunu yönləndirməlidi” – Roman Qriqorçuk[/b]
12.08.2017 - 22:27
[b]“Qələbə istəyən komanda oyunu yönləndirməlidi” – Roman Qriqorçuk[/b]

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “İnter”ə qalib gələn (2:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Apasport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb.

 

- İlk hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız...

- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim.

 

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidi. Ona görə, təsəvvür eləmək çətindi.

 

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?

- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəəcyik.

 

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdü, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdu.

- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsız? 

- Onlar özü komandanı tərk etmək istədilər. Onların istəyilə razılaşdıq.

 

- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?

- 2:0 hesabıyla üstün olduğumuz anda təzyiqi daha da artırmalıydıq. Amma əksinə oldu.  Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidi. Futbolçularım bunu öyrənməlidi.

 

- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı…

- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odu ki, hamısı sağlamdı. Gələcəkdə hamısına şans verməyə çalışacam.

0