[b]“O, hansı ağılla ora gedib?” - Zaur Axundov[/b]
12.08.2017 - 23:02
[b]“O, hansı ağılla ora gedib?” - Zaur Axundov[/b]

Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ”ni qəbul edən “İnter” mövsümə məğlubiyyətlə start verib. Oyundan sonra paytaxt təmsilçisinin Müşahidə Şurasinin sədri Zaur Axundov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb:

 

- Oyunla bağlı nə düşünürsüz?

- Ciddi itkilərə baxmayaraq, komandamız çox yaxşı oyun nümayiş etdirdi. Futbolçularımızın çıxışından razı qaldım. Hətta gözlədiyimdən də yaxşı oynadılar. Heç-heçə minimum tapşırıq idi, amma futbolda bu cür hallar da olur. Rauf Əliyevin də komandanı atıb qaçması, insanlığa yaraşmayan hərəkəti təsirsiz ötüşmədi. Buna baxmayaraq, uşaqlar mübarizə apardılar. Sona yaxın qaçırdığımız epizodlar oldu. Futbolda da hər epizod qol olmur.

 

- “İnter”in turdan-tura inkişaf edəcəyinə və mükafatçılar sırasına düşəcəyinə ümid edirsinizmi?

- Ümidim olmasaydı, komandanın yanında olmazdım. Qışa qədər transfer qadağası var. Üstəlik, Fuad Bayramov, Nizami Hacıyev kimi aparıcı futbolçularımızın yoxluğu, ehtiyat oyunçular skamyasının qısalılığı öz sözünü dedi. Yenə deyirəm, “İnter” “Qəbələ”dən daha yaxşı, üstün oynayırdı.

 

- Rauf Əliyevin qəfil ayrılığı haqda nə deyə bilərsiniz?

- Raufun 2018-ci il iyunun 30-na qədər müqaviləsi var. O, ciddi səhvə yol verdi. Futbolçunun özünə də dedim. Biz müqavilənin orijinal formasını Albaniya təmsilçisinə göndərmişik. O, hansı ağılla ora gedib, anlaya bilmirəm.

 

- Geri dönsə, qəbul edəcəksiniz?

- O, komandaya qayıtmalıdı, başqa varianti yoxdu.Bu qədər itkilərin olduğu vaxtda Rauf komandanı atıb, qaçdı.

 

 

- Qarşı tərəf kompensasiya təklif edib?

- Heç bir məbləğ təklif olunmayıb. Kimsə kiminləsə danışıb, nizə aidiyyəti yoxdu.

 

- Raufun Albaniyaya getməsinin səbəbi nə oldu? 

- Dəqiq bilmirəm. Raufla 2-3 ay əvvəl də söhbətimiz olmuşdu. O dedi ki, narahat olmayın, komandadayam. Bu bir tərəfə, futbolçunun müqaviləsi var. Uşaq da bu addımı atmazdı. Rauf niyə belə etdi, bilmirəm. Müqaviləni qarşı tərəfə göndərmişik. İnanmıram ki, Albaniya klubu müqaviləsi olan futbolçunu qəbul etsin və FİFA-nın qaydalarını pozsun.

 

- Klubun adını dəyişməsi prosesi nə vaxt yekunlaşacaq?

- Hüququ məsələlər var ki, onları qaydasına qoymaq lazımdı. Bu bir müddət çəkəcək. Proses başa çatdıqdan sonra komanda yeni adla çıxış edəcək.

 

- Bütün üzlərlə müqavilə imzalanıb?

- Bəli, hər kəslə anlaşma imzalanıb. Narazı qalan yoxdu. 

0