“İnter”lə oyunda qələbə qazanan (2:1) və mövsümə 3 xalla start verən “Qəbələ”nin kapitanı Cavid Hüseynov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Mövsümə qələbə ilə start verdiniz...
- Yeni mövsümün ilk oyunudu. İlk oyun hər zaman ağır keçir. Birinci hissədə 2 qol vurduq, sonra komanda rahat oynadı. Fasilədən sonra yaxşı başladıq, amma rəqib qol vurmağı bacardı. Bundan sonra ruhlandılar. Çalışdılar ikinci qolu da vursunlar, amma bəxtləri gətirmədi.
- Penalti epizodu zamanı mübahisə etdiniz. Əvvəlcədən penaltini kimin vuracağı təyin edilməmişdi?
- Komandada penaltini həmişə mən vururdum. Bu dəfə Ozobiç topu götürdü. Nə bilim...
- Sonra incidiniz?
- Yox, incimədim. Dedim vur,özü yaxınlaşdı ki, gəl vur, istəmədim. Xətrimə dəymədi.
- İncik olduğunuz sezilirdi...
- İncik deyəndə... Özü gəldi, üzr istədi, amma... Nə isə, olan oldu...
- Mövsüm yenə 8 komandanın iştirakı ilə keçiriləcək. “Qəbələ”nin çempionluq şansı realdımı?
- Çox çətin olacaq. Bizim bu cür oyunumuzla məqsədə nail olmaq ağır olacaq.
- Komandanın oyunundan narazısınız?
- Əlbəttə, bu cür oyundan kim razı qala bilər. Nə öz oyunumdan, nə də komanda yoldaşlarımın çıxışından razı qaldım.