[b]Vüqar Nadirovdan tarixi qol[/b]
13.08.2017 - 21:13
[b]Vüqar Nadirovdan tarixi qol[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirov adını "Səbail"in tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu klubun Premyer Liqada ilk qoluna müəlliflik edib.

 

Belə ki, I tur çərçivəsində keçirilən "Zirə" - "Səbail" qarşılaşması 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qonaqların yeganə topuna isə Nadirov imza atıb. O, 43-cü dəqiqədə debütantı ümidləndirsə də, komanda mövsümə məğlubiyyətlə başlayıb. 

0