[b]"Mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər" - Samir Əliyev[/b]
13.08.2017 - 21:35
[b]"Mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər" - Samir Əliyev[/b]

Azərbaycan Premyer Liqasının I turunda səfərdə “Zirə”yə 1:2 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun barədə danışıb.

 

- Komanda sıfırdan yığılıb. Bu gün bir yerdə olmağımızın bir ayı tamam oldu. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik.

 

- Müdafiədə boşluqlar var idi. Bu boşluqları doldurmaq üçün yeni oyunçular alına bilər?
- Boşluqların olması normaldı. Çünki yeni komandadı. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var.

 

- Bu gün bir az aqressiv görünürdüz. Əvvəllər “Neftçi”də çalışanda belə deyildiz. 
- Düzdü, bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın. Əlimizdən gələni edəcəyik ki, əlimizdə olan futbolçulardan maksimum istifadə edək.

 

- “Səbail”in məqsədi nədi?
- Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdı. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmaq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər.

0