SİZİN REKLAM BURADA

"O, hərəkətinə görə üzr istədi" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının I turunda evdə “Səbail”ə 2:1 hesabıyla qalib gələn “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Abbasov müdafiə xəttindəki boşluqlardan narahat olduğunu deyib.

 

- Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdi. Planlaşdırdığımız kimi, oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq.

- Komandanın müdafiə xəttini belə zəif görməmişdik.
- Bu, məni də narahat etdi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm.

- Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlıq oldu...
- Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu.

- Qabriel Mateyin zədəsi ciddi deyil ki?
- Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 2 2 0 0 5-1 6

2.

Qarabağ

2

2 0 0 4-1 6

3.

Qəbələ

2

2 0 0 3-1 6

4.

Səbail

2 1 0 1 2-2

3

5.

Sumqayıt

2

1 0 1 2-2 3

6

İnter

2

0 0 2 1-3 0

7.

Neftçi

2

0 0 2 1-4 0

8.

Kəpəz

2 0 0 2 1-5 0
               

 

Top 10