[b]Mövsümün ilk “El-Klasiko”sunu “Real” qazandı[/b]
14.08.2017 - 09:06
[b]Mövsümün ilk “El-Klasiko”sunu “Real” qazandı[/b]

Mövsümün ilk “El-Klasiko”su baş tutub. Apasport.az saytının məlumatına görə, “Real” və “Barselona” İspaniya Superkubokunda üz-üzə gəlib.

 

Barselonada keçirilən ilk qarşılaşma Ernesto Valverdenin meydan sahiblərinin baş məşqçisi postunda debütü ilə əlamətdar olub. Lakin Zinəddin Zidan və komandası həmkarının “siftə”sini korlayıb.

 

“Kral klubu” Pikenin avtoqolu hesabına önə keçib. Az sonra Messi penaltidən bərabərliyi təmin edib. Ardınca Ronaldo madridliləri önə çıxarıb. Həmin epizodda formasını çıxardığı üçün, 2 dəqiqə sonra isə simulyasiyaya görə sarı vərəqələri sıralayan portuqaliyalı meydandan qovulub. Lakin azlıqda qalan madridlilər “Barselona”nın qapısına daha bir qol sevinci yaşayıb. Matçda son nöqtəni qoyan Asensio “Real”a 3:1 hesablı qələbə qazandırıb.

 

Səfərdə 3:1 hesablı qələbə qazanan “Real” avqustun 16-da evdə keçiriləcək qarşılaşma öncəsi böyük üstünlük əldə edib.

 

İspaniya Superkuboku

İlk oyun

13 avqust

“Barselona” – “Real” – 1:3

Qollar: Messi, 77-pen. // Pike, 50-öz qapısına, Ronaldo, 80, Asensio, 90

0