[b]20 iddiaçı, 10 vəsiqə[/b]
14.08.2017 - 10:00
[b]20 iddiaçı, 10 vəsiqə[/b]

Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində ilk oyunlar çərçivəsində 10 qarşılaşma baş tutacaq.

 

Qrup mərhələsinə 10 vəsiqəyə iddia edən 20 komanda qitənin ən güclüləri sırasına düşmək üçün sonuncudan əvvəlki addımı atacaq. Oyunlara Bakıda start veriləcək. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i sınağa çəkəcək.

 

İlk oyun günü “Böyük beşlik” təmsilçilərinin dueli ilə əlamətdar olacaq. “Hoffenhaym” öz meydanında “Liverpul”la görüşəcək.

 

İkinci oyun günündə qonşu Türkiyənin təmsilçisi “Başakşəhər” meydana çıxacaq. İstanbul klubu öz meydanında “Sevilya” ilə qarşılaşacaq. “Nitsa” və “Napoli” arasında qarşılaşma isə günün ən maraqlı duellərindən sayılır.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

22:45. APOEL (Kipr) - “Slaviya” (Çexiya)

22:45. “Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

22:45. “Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)

22:45. “Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

16 avqust

22:45. “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

22:45. “Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

22:45. “Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

22:45. “Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

22:45. “Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

 

0