[b]“Beşiktaş”dan qalibiyyət, “Fənərbaxça”dan xal itkisi[/b]
14.08.2017 - 11:07
[b]“Beşiktaş”dan qalibiyyət, “Fənərbaxça”dan xal itkisi[/b]

Türkiyə çempionatında da yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, ilk tur “Beşiktaş”ın qələbəsi, “Fənərbaxça”nın isə xal itkisi ilə yadda qalıb.

 

Belə ki, “Antalyaspor”u qəbul edən son çempion 2:0 hesabı ilə qalib gəlib. “Göztəpə”nin qonağı olan “Fənər” isə 2:2 hesablı heç-heçə edib.

 

Qeyd edək ki, tura bu gün 22:45-də keçiriləcək “Qalatasaray” – “Kayserispor” matçı ilə yekun vurulacaq.

 

Türkiyə. Superliqa

I tur

 

11 avqust

“Başakşəhər” – “Bursaspor” – 1:0

Qol: Elia, 21

 

12 avqust

“Gənclərbirliyi” – “Karabükspor” – 1:1

Qollar: Xalili, 23 – Yatabare, 3

 

“Akhisar” – “Sivasspor” – 1:0

Qol: Enrike, 73

 

“Göztəpə” – “Fənərbaxça” – 2:2

Qollar: Kastro, 8; Skarione, 57 – Alper Potuk, 5; Şkrtel, 64

 

“Alanyaspor” – “Kasımpaşa” – 1:3

Qollar: Akbaba, 43 – Trezege, 36; Neumayr, 41; Eduok, 85

 

13 avqust

 

“Yeni Malatyaspor” – “Osmanlıspor” – 3:1

Qollar: Butaib, 10, 78; Barazite, 55 – Maxso, 90+6

 

“Trabzonspor” – “Konyaspor” – 2:1

Qollar: Burak Yılmaz, 10, 90+3 – Fofana, 3

 

“Beşiktaş” – “Antalyaspor” – 2:0

Qollar: Pepe, 45+4; Tosun, 64

0