[b]Azərbaycanlı müdafiəçi oynamadı, komandası uduzdu[/b]
14.08.2017 - 12:04
[b]Azərbaycanlı müdafiəçi oynamadı, komandası uduzdu[/b]

Futbol üzrə Makedoniya çempionatında da yeni mövsümə start verilib. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun komandası “Pobeda” ilk turda məğlubiyyətlə üzləşib.

 

Belə ki, “Pelister”i qəbul edən Prilep təmsilçisi 1:2 hesabı ilə uduzub.

 

Hümbətovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, AZAL-ın sabiq müdafiəçisi Makedoniya klubuna bu yay keçib. 

0