[b]“Neftçi”dən yubiley uğursuzluğu[/b]
14.08.2017 - 13:04
[b]“Neftçi”dən yubiley uğursuzluğu[/b]

Bakının “Neftçi” klubu 2017/18 mövsümünə ev məğlubiyyəti ilə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatlarında 50-ci dəfə öz meydanında uduzub.

 

Bu, I turun “Qarabağ”la matçına təsadüf edib. Bunadək evdə 49 dəfə məğlub olan “ağ-qaralar” 1:3 hesabı ilə uduzub.

 

“Neftçi”nin öz meydanındakı 50-ci uğursuzluğu 354-cü qarşılaşmaya təsadüf edib. Doğma divarlar arasında yubiley yenilgisinədək komanda 353 dəfə öz meydanında qüvvəsini sınamışdı.

 

0