[b]Millimiz Sloveniyaya qalib gəldi[/b]
15.08.2017 - 10:19
[b]Millimiz Sloveniyaya qalib gəldi[/b]

Mariborda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Sloveniya yığması ilə qarşılaşıb.

 

İlk matçda 2:2 hesabı ilə oynadığımız rəqib bu dəfə voleybolçularımızla bacarmayıb. Komandamız Sloveniya millisini 3:1 (25:22, 25:18, 20:25, 25:16) hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, yığmamız bu 2 görüşlə yanaşı, Belçika ilə də gücünü yoxlayıb. Komandamız həmin görüşdə 1:3 hesabı ilə uduzub. 

0