[b]“Azərbaycanda oynayanda bu cür dəstək görmürdüm”[/b]
15.08.2017 - 14:47
[b]“Azərbaycanda oynayanda bu cür dəstək görmürdüm”[/b]

“Hazırda çıxış etdiyim liqa səviyyə baxımından Azərbaycan və İsveç çempionatını üstələyir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq müdafiəçisi Rikardinyo deyib.

 

İngiltərənin I Liqa (səviyyəcə üçüncü divizion) klubu “Oksford Yunayted”lə anlaşan braziliyalı futbolçu yeni komandasının azarkeşləri önündə ilk oyuna çıxıb. “Portsmut”la qarşılaşan aşağı dəstə təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

 

Britaniya mətbuatına açıqlama verən “sambaçı” maraqlı fikirlər səsləndirib: “Komandamızda müxtəlif ölkələrdən olan güclü futbolçular çıxış edirlər. Bu da səviyyəmizi yüksəldir. Legionerlər kimi, ingilis oyunçular da çox çalışırlar. Onlar taktikanı başa düşürlər”.

 

Rikardinyonun “Oksford Yunayted”dəki debüt matçını 9500 azarkeş izləyib. Keçmiş “Qəbələ”li açıqlamasında bu məqamı xüsusi vurğulayıb: “Azərbaycanda oynayanda bu cür dəstək görmürdüm. Çünki kiçik şəhəri təmsil edirdik, bu qədər azarkeşimiz yox idi. Onlar yalnız Avropa Liqasının matçlarında, futboldan zövq almaq üçün stadiona gəlirdilər. Burda isə vəziyyət fərqlidi. İnsanlar bizə dəstək olmaq üçün stadiona gəlirlər”.

 

Qeyd edək ki, braziliyalı müdafiəçi 2015-ci ildən 2017-ci ilə kimi “Qəbələ”də çıxış edib.

0