[b]“Qarabağ” – “Kopenhagen”: Ağdamlılar qalib gələcək?[/b]
15.08.2017 - 17:06
[b]“Qarabağ” – “Kopenhagen”: Ağdamlılar qalib gələcək?[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları üçün əmsallar açıqlanıb. Apasport.az xəbər verir ki, xarici bukmeyker saytları “Qarabağ” – “Kopenhagen” görüşünə də pul qoyuluşu qəbul edəcək.

 

Ağdam təmsilçisi matçda şanslı sayılır. “Qarabağ”ın qələbəsi 2,40 əmsalla qiymətləndirildiyi halda, rəqibin Bakıdan qalib kimi dönəcəyinə 3,60 əmsal verilib. Qarşılaşmada heç-heçə isə 3,00 əmsaldı.

 

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq. 

0