[b]"Qəbələ"dən ayrılan futbolçu Polşaya qayıtdı - FOTO[/b]
15.08.2017 - 17:23
[b]"Qəbələ"dən ayrılan futbolçu Polşaya qayıtdı - FOTO[/b]

“Qəbələ”dən ayrılan Xavi Ernandes Qonzalesin yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını yenidən Polşada davam etdirəcək.

 

Belə ki, o, “Krakoviya” ilə anlaşıb. Məlumatı 28 yaşlı futbolçunun yeni klubu rəsmən açıqlayıb.

 

Xavi “Qəbələ”yə bu yay Polşanın digər komandası - "Qurnik Lençna”dan keçmişdi. O, Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə ilk oyununda iştirak etsə də, sonradan ehtiyata düşmüşdü.

 

Qeyd edək ki, bu yay "Qəbələ"dən gedən Sergey Zenyov da hazırda "Krakoviya"nın üzvüdü. 

0