[b]Avropanın ən yaxşısı adına 3 iddiaçı[/b]
15.08.2017 - 21:20
[b]Avropanın ən yaxşısı adına 3 iddiaçı[/b]

2016/17 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qalib adına 3 namizədi müəyyənləşdirib.

 

Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldodu.

 

Avropanın ən yaxşısının adı avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

 

Qeyd edək ki, 2015/16 mövsümündə Avropanın ən yaxşı futbolçusu Ronaldo seçilib.

 

0