SİZİN REKLAM BURADA

“Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik” – Mahir Mədətov

UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyununu keçirən “Qarabağ” qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi olan və UEFA-nın versiyasına görə matçın ən yaxşısı seçilən “Qarabağ”ın hücumçusu Mahir Mədətov qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbə topunun müəllifi bu uğura imza atacağına inanırdınmı?

- Açığı, özümü üçün də sürpriz oldu. Amma yaxşı sürpriz oldu. Bu cür uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.

 

- Qolu vurarkən deyəsən, tərəddüd edirdiniz?

- Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayddda ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.

 

- Cavab oyunu haqda necə, indidən düşünürsüz?

- Çətin olacağı aydındı. Rəqibin üstünlüyü azarkeşləri olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.

 

- İkinci hissədə komanda yoldaşlarınızın  qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?

- Ən azı iki topla qələbə qazansaydıq, yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndi. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq, boşalmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadı.

 

- Rəqibi indi daha yaxından tanıyırsız. “Qarabağ” Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?

- Bunu ordakı oyun zamanı görəcəyik. Indidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.    

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10