[b]Riçard Almeyda: Vacib addım atdıq – MÜSAHİBƏ[/b]
15.08.2017 - 23:05
[b]Riçard Almeyda: Vacib addım atdıq – MÜSAHİBƏ[/b]

Tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” ilk oyunda qələbə qazanıb. Mahir Mədətovun yegaə qolu sayəsində səfərə qalib yollanacaq təmsilçimizin “beyni” hesab edilən Riçard Almeyda qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Rahatlaşmısınız, yoxsa yenə oyundan əvvəlki hissləri daşıyırsız?

- Qətiyyən rahatlaşmamışıq. Çünki qarşıda daha bir 90 dəqiqə var. Belədə hansı rahatlıqdan danışmaq olar. Bilirik ki, çətin komandadı rəqibimiz. Vacib addım atdıq, amma tam addım atmamışıq. Fikrimizi cavab oyununa yönəltmişik. Səfərdəki matçdan sonra nəsə demək olar.

 

- Rəqib öz meydanında nədə təhlükə yarada bilər. Bugünkü oyunda “Qarabağ” üstün idi. Bəs səfərdə onların üstünlüyü nə və ya nələr ola bilər?

- Bilirsiz, bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək çətin məsələdi. Çünki hər komandanın öz oyun dəsti xətti var. Bizim oyun üslubumuz belə, onlarınkı isə elədi. Yenə deyirəm, onlardan aşkar güclü olduğumuzu səsləndirmək düzgün olmaz. Çempionlar Liqasında kiçik, zəif komanda anlayışı yoxdu.

 

- Premyer Liqa oyunlarında daha emosional olursunuz. İstənilən kobudluğa qarşı aqressiv reaksiya verirsiniz. Amma avrokuboklarda tamamilə sakit olursunuz. Bu baş məşqçinin tapşırığıdı?

- Belə düşünürsüz? Onda oyunları bir qədər də diqqətli izləməlisiniz.

0