SİZİN REKLAM BURADA

“Buna heç kimin şübhəsi olmasın” - Donald Gerrye

“Kopenhagen”lə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyununda nümayiş etdirdiyi oyunla komandasına kömək etməyə çalışan  “Qarabağ”ın cinah yarımmüdafiəçisi Donald Gerrye matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- 90 dəqiqəni neçə xarakterizə edərdiniz?

- Bizim üçün böyük oyun oldu. Bu matçı heç kim asan qarşılaşma hesab etməsin. Meydanda mübarizə apardıq. Bizə hesabı açmaq, qələbə qazanmaq lazım idi. Çünki səfərdə bizi daha bir 90 dəqiqə gözləyir. Sona qədər mübarizə aparacağıq ki, mərhələni adlayaq. Buna heç kimin şübhəsi olmasın.

 

- Əvvəllər Skandinav klublarına qarşı oynamısınızmı?

- Danimarkada çıxış etməmişəm. Amma xatırlayıram ki, 2-4 il əvvəl “Malmö”yə qarşı oynamışdıq. Təəəssüf ki, mərhələ adlaya bilməmişdik.

 

- Ötürmə etməkdə bir qədər xəsislik edirsiniz. Səbəbi komandada yeni olmağınızla bağlıdı, yoxsa bu cür oynamağı sevirsiniz?

- Xüsusi səbəbi yoxdu. Futboldu, ötürmə də verirsən, ehtiyac olanda qapıya zərbə də endirirsən, futbolçunu da keçməyə cəhd edirsən. Həmin anda hansının daha yaxşı olduğunu düşünüb, qərar verirəm. Ehtiyac o0landa Maksimlə oynayıram, bəzən cinahımı dəyişirəm, Ansiylə oynayıram. 

 

- Rəqibin müdafiəçisi Benqtsson oyun ərzində həm Maksimi, həm də sizi provakasiyaya çəkdi. Onun bu cür hərəkətlər edəcəyini əvvəlcədən bilirdinizmi?

- Onun niyyətini anlayırdım. Bu da futbolun bir hissəsidi. Əlbəttə, onun “oyununa” gəlməməyə çalışırdım. Bura niyə gəldiyimi bilirəm. Təbii ki, “Qarabağ”a kömək etməliyəm. İlk işim hansısa provakasiyaya uyub komandamı azlıqda və çətin vəziyyətdə qoymaq deyil, qələbə qazanmasına yardımçı olmaqdı. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10