[b]Azərbaycan çempionu Türkiyə klubu ilə anlaşdı - FOTO[/b]
16.08.2017 - 09:08
[b]Azərbaycan çempionu Türkiyə klubu ilə anlaşdı - FOTO[/b]

“Azərreyl”in sabiq baş məşqçisi Bülənt Karslıoğlu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə “dəmoryolçular”la çempion olan türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.

 

O, 1 illik istirahətdən sonra “Nümunə” ilə çalışmağa qərar verib. Karslıoğlu məşqçilik karyerasına başladığı I liqa klubu ilə 2017/2018 mövsümü üçün müqavilə bağlayıb.

 

Qeyd edək ki, 2011-2016-cı illərdə Azərbaycanda işləyən Karslıoğlu “İqtisadçı” və “Lokomotiv” klublarında da çalışıb. O, həmçinin kişilərdən ibarət yığmamızın baş məşqçisi olub.

0