[b]Avro-2017: Serblər ölkəmizə Azərbaycan çempionu ilə gəlirlər[/b]
16.08.2017 - 10:59
[b]Avro-2017: Serblər ölkəmizə Azərbaycan çempionu ilə gəlirlər[/b]

Qadın voleybolçulardan ibarət Serbiya millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün 16 oyunçu sifariş edib.

 

Artıq hazırlığa başlayan serblər avqustun 30-da hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırırlar. Onların heyəti isə belədi:

 

Toppaylayıcılar: Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç.

Hücumçular: Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç.

Liberolar: Yelena Blaqoyeviç, Teodora Puşiç.

Blokçular: Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç, Mina Popoviç.

 

Serbiya Avro-2017-nin oyunlarını Göygöldə keçirəcək. Onlar Çexiya, Hollandiya və Belçika ilə birgə D qrupunda yer alıblar. 

 

Qeyd edək ki, Sladyana Mirkoviç son mövsümü “Telekom”da keçirib. Bakı təmsilçisi ilə Azərbaycan çempionu olan toppaylayıcı yeni mövsümdən Polşa “Ximik”ində oynayacaq.

0