[b]Azərbaycanlı hakim Norveçə gedir[/b]
16.08.2017 - 12:28
[b]Azərbaycanlı hakim Norveçə gedir[/b]

FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək keçiriləcək. Matçlar Norveçin Tromse şəhərində baş tutacaq.

 

Mənbə: affa.az

0