SİZİN REKLAM BURADA

“Rəqibə təzyiq göstərə bilmədik” – “Kopenhagen”in kapitanı

“Bizim üçün ağır gün idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in kapitanı Uilyam Kvist deyib.

 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olan Danimarka klubu 0:1 hesablı məğlubiyyətlə üzləşib.

 

“Kopenhagen”in rəsmi saytına açıqlama verən Kvist görüş haqda fikirlərini bölüşüb: “Bakıya gedənə qədər uzun yol qət etmişdik. Rəqibin öz meydanında yüksək səviyyəli oyun göstərdiyini billirdik. Bu barədə öz aramızda danışmışdıq, bir-birimizə demişdik ki, konsentrasiyanı itirmək olmaz. Səfərdə qol vurmaq istəyirdik, amma əksinə oldu. Təbii ki, nəticə bizi məyus etdi”.

 

32 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın ikinci hissədə “Kopenhagen”dən çox üstün oynadığını etiraf edib: “Fasilədən sonra oyunumuz, ümumiyyətlə, alınmadı. Tez-tez səhvlər buraxdıq. Bunun isti hava və ya başqa amillə bağlı olduğunu bilmirəm. Fakt budu ki, çox səhvə yol verdik. Matçın sonunda rəqibə təzyiq göstərə bilmədik. Güclü komanda ilə qarşılaşdıq. Məğlubiyyətə rəğmən, cavab oyununda şansların bərabər olduğunu düşünürəm”.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Danimarkada keçiriləcək. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10