[b]“Qarabağ”ın legioneri azarkeşlərə səsləndi: Fantastik ab-hava idi[/b]
16.08.2017 - 14:10
[b]“Qarabağ”ın legioneri azarkeşlərə səsləndi: Fantastik ab-hava idi[/b]

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə keçirilən ilk oyununda tribunaları dolduran azarkeşlərə təşəkkür edib. Apasport.az saytı xəbər verir ki, o, Ağdam klubunu qələbəyə səsləyən fanatlara minnətdarlığını sosial şəbəkədə bildirib.

 

Belə ki, Jezniçak bununla bağlı feysbukda paylaşım edib: “Azarkeşlərimizə böyük təşəkkürlər. Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdınız”.

 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.

0