[b]İbrahim Şehiç “Qarabağ”dan ayrılır[/b]
16.08.2017 - 18:47
[b]İbrahim Şehiç “Qarabağ”dan ayrılır[/b]

Bosniya və Herseqovina milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mehmet Bajdareviç növbəti oyunlara 30 futbolçu çağırıb.

 

Bu siyahıda “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, milliyə dəvət alan 5 qolkiperdən biridi.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsində avqustun 31-də səfərdə Kipr, sentyabrın 3-də Cəbəllütariqlə qarşılaşacaq. 

0