[b]“Barselona” yenə “Real”la bacarmadı[/b]
17.08.2017 - 08:44
[b]“Barselona” yenə “Real”la bacarmadı[/b]

İspaniya Superkubokunun sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”I “Barselona” ilə cavab oyununda da “El-Klasiko”dan qalib ayrılıb.

 

Səfərdə 3:1 hesablı qələbə qazanan “Kral klubu” bu dəfə də 2 top fərqi ilə qalib gəlib. Qonaqların qapısına ilk yarıda 2 cavabsız qol vuran Zinəddin Zidanın yetirmələri ümumi hesabda rəqibini böyük fərqlə üstələyib – 5:1.

 

Tarixində 10-cu dəfə İspaniya Superkubokunu qazanan “Real” yeni mövsümdə 2-ci tituluna yiyələnib. Paytaxt klubu ötən həftə UEFA Superkubokunu da başı üzərinə qaldırmışdı.

 

İspaniya Superkuboku

Cavab oyunu

16 avqust

“Real” – “Barselona” – 2:0

Asensio, 4, Benzema, 35

İlk oyun – 3:1

0