[b]"Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi[/b]
17.08.2017 - 09:24
[b]"Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi[/b]

Danimarkanın "Kopenhagen" klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb. Apasport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

"Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi. 

 

Elə bu üzdən də Danimarka təmsilçisi oyundan sonra UEFA-ya şikayət edib. "Kopenhagen" Medvedevin cəzalandırılmasına və onun cavab görüşünü buraxmasına nail olmaq istəyir.

 

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də keçiriləcək.

0