[b]Çempionlar Liqasının rekordu təkrarlandı[/b]
17.08.2017 - 11:09
[b]Çempionlar Liqasının rekordu təkrarlandı[/b]

Şotlandiyanın “Seltik” klubu Çempionlar Liqasının rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Qlazqo təmsilçisi pley-off mərhələsində ən böyükhesablı ev qələbəsini qazanıb.

 

“Astana” ilə ev matçında 5:0 hesablı qələbəsi əldə edən “Seltik”ədək heç bir komanda öz meydanında belə fərqlə qalib gəlməmişdi.

 

Bu, həm də pley-off mərhələsinin rekordunun təkrarıdı. İndiyədək yalnız iki dəfə bir komanda 5 top fərqi ilə qalib gəlmişdi.

 

Lakin onların hər ikisi səfərdə qələbə qazanmışdı. “Mançester Siti” “Styaua”nı 5:0, Mönhenqladbax “Borussiya”sı “Yanq Boyz”u 6:1 hesabı ilə yenib.

 

0