SİZİN REKLAM BURADA

“Kopenhagen” rəsmisi: “Qarabağ”ın futbolçusuna cəza kəsilməlidi

“Epizod baş verəndə hakimin oyunu saxlamalı olduğunu düşündük. Amma o, matçı davam etdirdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kopenhagen” rəsmisi Daniel Rommedal deyib.

 

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a qarşı Bakıda keçirdiyi (0:1) matçla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb. “Kopenhagen” Ağdam təmsilçisinin kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi. Danimarkalılar Medvedevin cəzalandırılmasına və onun cavab görüşünü buraxmasına nail olmaq istəyirlər.

 

“Kopenhagen”in katibi Rommedal məsələ ilə bağlı növbəti dəfə danışıb. O, Maksim Medvedevin cəzalandırılmalı olduğunu qeyd edib: “Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, referi “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın necə keçəcəyini təxmin etmək asan deyil. İstənilən halda, “Qarabağ”ın futbolçusuna cəza kəsilməlidi”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10