[b]“Qarabağ” – “Kopenhagen” oyunu: Pley-offun 4-cüsu[/b]
17.08.2017 - 12:42
[b]“Qarabağ” – “Kopenhagen” oyunu: Pley-offun 4-cüsu[/b]

Çempionlar Liqasının pley-off mərhələsinə ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün ərzində 10 qarşılaşma baş tutub.

 

Bu raundun matçlarının tamaşaçı sayı açıqlanıb. 10 oyunu ümumilikdə 289 min 423 azarkeş izləyib. İlk oyunların rekordu Qlazqoda qeydə alınıb.

 

“Seltik”in “Astana” ilə görüşünü 54 min 16 tamaşaçı seyr edib.

 

Azərbaycan çempionu “Qarabağ”ın Danimarka “Kopenhagen”i ilə Bakıdakı görüşü də siyahıda yer alıb. 31 min 250 tamaşaçının izlədiyi matç pley-offun 4-cüsü olub.

 

Buna matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun tamaşaçı tutumunun az olması rol oynayıb. Çünki arena daha çox tamaşaçı yığan 3 oyundakı qədər seyrçini bir araya gəlməsi üçün yetərli deyil.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar, 15-16 avqust

54016 - “Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) – 5:0

49324 - “Napoli” (İtaliya) - “Nitsa” (Fransa) – 2:0

46678 - “Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) – 0:0

31250 - “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) – 1:0

25568 - “Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) – 1:2

21352 - “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1

20003 - “Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) – 0:1

15265 - “Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) – 2:1

13073 - APOEL (Kipr) - “Slaviya” (Çexiya) – 2:0

12894 - “Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) – 1:2

 

 

0