[b]Pikenin etirafı: "Real”ın güclü olduğunu qəbul etməliyik[/b]
17.08.2017 - 14:06
[b]Pikenin etirafı: "Real”ın güclü olduğunu qəbul etməliyik[/b]

“Barselona”nın müdafiəçisi Xerard Pike maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, İspaniya Superkubokunda “Real”a uduzduqları (1:3, 0:2) matçları dəyərləndirib.

 

Təcrübəli futbolçu hazırda Madrid klubunun daha güclü olduğunu etiraf edib: “Barselona”nın indi ən yaxşı vaxtını keçirdiyini deyə bilmərik. “Real”ın daha güclü olduğunu qəbul etməliyik. “Barselona”da çıxış etdiyim 9 il ərzində ilk dəfə madridlilərdən geridə qaldığımızı hiss etdim. Amma vəziyyətdən çıxa, bir olub, “Real”ı yenidən məğub edə bilərik”.

 

Qeyd edək ki, 2008-ci ildən “Barselona”nın formasını geyinən Pike bu komandanın heyətində 399 oyunda 35 qola imza atıb. 

0