[b]“Barselona” yeni transferini təqdim etdi - FOTO[/b]
17.08.2017 - 15:54
[b]“Barselona” yeni transferini təqdim etdi - FOTO[/b]

“Barselona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyonun keçidini həll edib. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu təcrübəli futbolçu ilə münasibətləri rəsmiləşdirib.

 

Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Daha sonra “Barsa” rəhbərliyi Paulinyonu ictimaiyyətə təqdim edib. "Sambaçı" yeni komandasında 15 nömrəli formanı geyinəcək. 

 

Kataloniyalılar bu transferə görə Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyiblər.

 

Qeyd edək ki, Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının uğurları üçün çalışıb.  
 

0