[b]Suaresin durumuna aydınlıq gəldi[/b]
17.08.2017 - 18:42
[b]Suaresin durumuna aydınlıq gəldi[/b]

“Barselona” ciddi itki ilə üzləşib. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubunun hücumçusu Luis Suares sıradan çıxıb.

 

Uruqvaylı forvard İspaniya Superkubokunda “Real”la cavab matçında zədələnib.

 

Tibbi müayinədən keçən futbolçunun dizindən xəsarət aldığı və 1 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.


Qeyd edək ki, Luis Suares 2014-cü ildən “Barselona”nın formasını geyinir. 

0