SİZİN REKLAM BURADA

“Milan”dan darmadağın, “Fənərbaxça” uduzdu

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 21 qarşılaşma baş tutub.

 

Günün ən böyük hesabı Milanda qeydə alınıb. Eyniadlı komanda “Şkendiya”nı 6:0 hesabı ilə darmadağın edib.

 

Qonşu Türkiyənin bu mərhələdəki yeganə təmsilçisi “Fənərbaxça” Makedoniyadan başıaşağı dönüb. İstanbullular “Vardar”a uduzub – 0:2.

 

“Ayaks”ın öz meydanında “Rusenborq”a uduzması da günün gözlənilməz nəticələrindəndi. Norveç təmsilçisi səfərdə minimal hesablı qələbəyə sevinib. “Şerif” və “Domjale”nin qollu heç-heçələri də sensasiya sayılmalıdı.

 

Qeyd edək ki, ilk oyunlar bir gün öncə keçirilən “Utrext” – “Zenit” qarşılaşması (1:0) ilə start götürüb. Cavab oyunları isə avqustun 24-də keçiriləcək.

 

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

 

Dinamo” (Zaqreb, Xorvatiya) – “Skenderbeu” (Albaniya) - 1:1
Qollar: Enrikes, 90 - Latifi, 37

Krasnodar” (Rusiya) – “Srvena Zvezda” (Serbiya) 3:2
Qollar: İqnatyev, 20, Klaesson, 46, Petrov, 66 - Srniç, 57, Pesiç, 71

“Apollon” (Kipr) – “Midtyulland” (Danimarka) - 3:2
Qollar: Kiriaku, 15, Jander, 70, Pittas, 90 - Sorlot, 38; 74  

BATE (Belarus) – “Aleksandriya” (Ukrayna) - 1:1
Qollar: İvaniç, 8 - Banada, 19

Hafnarfyordur” (İslandiya) – “Braqa” (Portuqaliya) - 1:2
Qollar: Byornsson, 40 - Paulinyo, 62, Stoyilkoviç, 79

PAOK (Yunanıstan) – “Ostersun” (İsveç) - 3:1
Qollar: Matoş, 38, Priyoviç, 77; 88-pen. - Nuri, 21-pen.

Vardar” (Makedoniya) – “Fənərbaxça” (Türkiyə) - 2:0
Qollar: Barseqyan, 20, Topal, 90-öz qapısına.

Viktoriya” (Çexiya) - AEK (Kipr) - 3:1
Qollar: Bakoş, 29; 74, Kolar, 36 - Barrera, 8

Domjale” (Sloveniya) – “Marsel” (Fransa) - 1:1
Qollar: Vetrih, 12 - Sanson, 63

Vitorul (Rumıniya) – “Zalsburq” (Avstriya) - 1:3
Qollar: Tukudean, 7 - Huanq, 2, Volf, 28, Dabbur, 31

Legiya” (Polşa) – “Şerif” (Moldova) - 1:1
Qollar: Hamalaynen, 76 - Bayala, 87

 

Altax” (Avstriya) – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:1
Qol: Kyartansson, 67

 

“Lüdoqorets” (Bolqarıstan) – “Suduva” (Litva) - 2:0
Qollar: Moti, 61, Misidyan, 76

Panatinaikos” (Yunanıstan) – “Atletik” (Bilbao, İspaniya) - 2:3
Qollar: Lod, 29, Kabezas, 55 - Aduris, 68; 74-pen., De Markos, 71

Milan” (İtaliya) – “Şkendiya” (Makedoniya) - 6:0
Qollar: Silva, 13; 18, Montolivo, 25; 85, Borini, 67, Antonelli, 68

Ayaks” (Hollandiya) – “Rusenborq” (Norveç) - 0:1
Qol: Adeqbenro, 77

Brügge” (Belçika) - AEK (Yunanıstan) - 0:0

Osiyek” (Xorvatiya) – “Austriya” (Avstriya) - 1:2
Qollar: Eyupi, 15 - Monşayn, 26, Holzhauzer, 60

Partizan” (Serbiya) – “Videoton” (Macarıstan) - 0:0

Everton (İngiltərə) – “Hayduk” (Xorvatiya) - 2:0
Qollar: Kin, 30, Queye, 44
 

Maritimo” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:0

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10