[b]Küveytli hakimlər Bakıda toplanış keçirəcək[/b]
18.08.2017 - 11:11
[b]Küveytli hakimlər Bakıda toplanış keçirəcək[/b]

Küveytli hakimlər Bakıda təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının AFFA-nın saytına istinadən məlumatına görə, bu, Küveyt Futbol Assosiasiyası müraciəti əsasında gerçəkləşəcək.

 

Belə ki, Asiya ölkəsinin futbol qurumu hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı AFFA-ya müraciət edib. Müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək küveytli hakimlərin toplanışı keçiriləcək.

 

Hazırlıq prosesi Bakı Olimpiya Stadionunda baş tutacaq. Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.

0