SİZİN REKLAM BURADA

Mükafatçılar Suraxanıda, qaliblər Qəbələdə

Sabah Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun görüşləri iki gün ərzində baş tutacaq.

 

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış matçı “Dalğa Arena”ya təsadüf edəcək. Paytaxt derbisində “Neftçi” çempionatın debütantı “Səbail”in qonağı olacaq.

 

İlk turda uduzan komandaların duelində rəqiblər ilk xal üçün mübarizə aparacaq. Debütant həm də tarixinin ilk Premyer Liqa xalları üçün döyüşəcək. Qarşılaşma “Səbail”in baş məşqçisi Samir Əliyev üçün çalışdırıcılıq karyerasına başladığı kluba qarşı dueli kimi diqqət çəkir.

 

İlk günün ikinci matçı da Bakıda baş tutacaq. Ötən mövsümün mükafatçıları “Qarabağ”la “İnter” Ağdam təmsilçisinin meydanında qarşılaşacaq. Klubların adı və titulları baxımından mərkəzi oyun statusu daşıyan matça marağına Bakı təmsilçisinin durumu təsir edir.

 

Həm heyət, həm maliyyə çətinlikləri olan “İnter” rəqibləri üçün əvvəlki qədər təhlükəli sayılmır. Lakin Zaur Svanadzenin yetirmələri Çempionlar Liqasında mübarizə aparan rəqibi büdrətməyə çalışacaq. Qurban Qurbanov isə Suraxanıdakı matçda heyəti müəyyənləşdirərkən “Kopenhagen”lə Danimarkada görüşü də düşünməlidi.

 

Ertəsi gün isə futbol Yevlaxa qayıdacaq. Uzun fasilədən sonra Premyer Liqa oyununa ev sahibliyi edəcək şəhərdə “Kəpəz” “Zirə”ni qəbul edəcək. Çempionata qələbə ilə başlayan qəsəbə təmsilçisi uğurunun davamını gətirmək üçün mübarizə aparmalıdı. Qərblilər isə ilk xalını əldə etmək niyyətindədi.

 

Tura liderlər qrupunda yer alan klubların oyunu ilə yekun vurulacaq. İlk matçda qalib gələn “Sumqayıt”la “Qəbələ” sonuncuların meydanında üz-üzə gələcək.

 

Ardıcıl ikinci qələbəyə iddialı olan meydan sahibləri avrokuboklardakı uğursuzluğu çempionatda unutdurmaq əzmindədi. Bu səbəbdən Roman Qriqorçukun yetirmələri özü üçün münasib rəqib sayılan komandaya xal verməməlidi.

 

Sumqayıtlılar isə avrokuboklara vəsiqə iddiasını ortaya qoymalıdı. Qitə səhnəsinə çıxmağı hədəfləyən Samir Abasovun komandası güclü rəqibdən xal almaqla istəyinin ciddiliyini təsdiqləməlidi.

 

Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

 


Topaz Premyer Liqası

II tur


19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
“Dalğa Arena”


20:00. “Qarabağ” – “İnter”
“Azərsun Arena”


20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu

 

20:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10