SİZİN REKLAM BURADA

“İnter”də kapitan müəmması

Azərbaycan Premyer Liqasının II turunda “Qarabağ”ın qonağı olacaq “İnter” problemlə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, baş məşqçi Zaur Svanadze yenə tam heyətdən yararlana bilməyəcək.

 

Zədələnərək, sıradan çıxan Fuad Bayramov “Qarabağ”la qarşılaşmada da meydana çıxmayacaq. Ondan fərqli, Nizami Hacıyevin durumuna tam aydınlıq gəlməyib.

 

Məsələ burasındadı ki, “İnter”in kapitanı hazırda fərdi məşq edir. Kollektivlə məşqlərdə iştirak etməyən Hacıyevin “Qarabağ”la matçda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib. Nizaminin ehtiyatda qalmaq ehtimalı daha çox olsa da, Svanadzenin çətin görüşdə təcrübəli futbolçudan yararlanmaq istəməsi də istisna deyil.  

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu sabah keçiriləcək. “Azərsun Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək.  

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10