Azərbaycan – San-Marino oyununun yeri dəyişdirildi

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.

 

8-ci km qəsəbə stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının yerini dəyişməyi məqsədəuyğun sayıb.

 

Matçın 8-ci km qəsəbə stadionunda təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb. Azərbaycan – San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10