SİZİN REKLAM BURADA

Adrian Skarlatake: “Qarabağ” “Kopenhagen”dən güclüdü

“Qarabağ”la oyun bizim üçün çətin keçəcək. Təbii ki, favorit rəqibdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in müdafiəçisi Adrian Skarlatake deyib.

 

Paytaxt təmsilçisi ölkə çempionatının II turu çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq.

 

Oyun haqda danışan rumıniyalı futbolçu maraqlı fikirlər səsləndirib. O, Rauf Əliyevin gedişi və zədəli Fuad Bayramovla Nizami Hacıyevin yoxluğunda “Qarabağ”la görüşün “İnter” üçün daha ağır olacağını etiraf edib: “İndiki məqamda bir futbolçumuzun zədəli olması da bizim üçün böyük problem deməkdi. Çünki geniş heyətimiz yoxdu. Komandada əvəzedici heyətdən çoxlu oyunçu var. Hazırkı futbolçularla da “Qəbələ”yə qarşı yaxşı oyun göstərdik. Həmin matçda 1 xala layiq idik. “Qarabağ”la qarşılaşmada da yaxşı futbol sərgiləməyə çalışacağıq. Yadımdadı, keçən il səfərdə onlara qalib gələ bilmişdik”.

 

Təcrübəli futbolçu Ağdam klubunun “İnter”ə qarşı əsas heyətlə oynamayacağını düşünür. O, rəqibin baş məşqçisi Qurban Qurbanovun “Kopenhagen”lə matçı düşünərək, bu cür addım atacağını deyib: “Fikrimcə, “Qarabağ” bizimlə görüşə əsas heyətlə çıxmayacaq. Bu da normaldı. Çünki onları Çempionlar Liqasında “Kopenhagen”lə vacib cavab görüşü gözləyir. “Qarabağ”ın keyfiyyətli oyununu Danimarkada da nümayiş etdirəcəyinə inanıram. Fikrimcə, “Qarabağ” “Kopenhagen”dən güclü komandadı. Əminəm ki, onlar bu səddi də keçib, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar. “Qarabağ”a “Kopenhagen”lə matçda uğur arzulayıram”.

 

Skarlatakenin fikrincə, “İnter” çempionatın ikinci yarısında daha güclü komandaya çevriləcək: “Qışda yeni transferlər edildikdən sonra vəziyyət dəyişəcək. Amma həmin vaxta qədər bizim üçün çox çətin olacaq. Bununla belə, əlimizdən gələni edəcəyik. Qışda 5-6 yeni futbolçu alınmalıdı. Bundan sonra çox yaxşı komandaya çevriləcəyik”.

 

31 yaşlı futbolçu “İnter”in tezliklə “Keşlə” adını daşıyacağına da toxunub: “Bundan məlumatlıyam. Klubun hansı adı daşımasının mənim üçün önəmi yoxdu. Əgər bu addım klub üçün faydalıdısa, problem görmürəm”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10