SİZİN REKLAM BURADA

Elxan Abdullayev azarkeşləri haqlı sayır: Mənim yerimdə olsaydınız...

“Belə oyundan sonra danışmaq çətindi. Uduzmalı matç deyildi". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Səbail"in qonağı olan "ağ-qaralar" 0:1 hesabı ilə uduzublar.

 

Abdullayev oyunsonrası mətbuat konfransında məğlubiyyəti şərh edib: "Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi, yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də, sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadı. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər”.

 

- Razısız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?

- Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman Hacıyev təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.

- İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?

- Heç kim istəməz ki, "istefa" şüarını eşitsin. Mənim yerimdə olsaydınız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdılar. Onları başa düşürəm və qəbul edirəm.

- “Neftçi”nin problemi nədədi?

- Yalnız psixologiyada. “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündülər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq.

 

Mənbə: futbolxeber.az

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10