[b]Yığmamızın sabiq ağırlıqqaldıranı Bolqarıstanda vəfat etdi[/b]
20.08.2017 - 16:50
[b]Yığmamızın sabiq ağırlıqqaldıranı Bolqarıstanda vəfat etdi[/b]

Bu gün Azərbaycan ağır atletika milli komandasının sabiq üzvü Veliçko Çolakov gözlənilmədən dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, tanınmış atlet, Olimpiya Oyunlarının bürünc medalçısı səhər saatlarında dünyasını dəyişib.

 

Bolqarıstan mətbuatının yazdığına əsasən idmançı ürəyində yaranan problem səbəbindən ölüb. Bildirilir ki, son illərdə ürəyindən əziyyət çəkən 35 yaşlı Çolakovun bu gün səhhəti pisləşdikdən sonra təcili yardım çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Milliləşdirilmiş legionerimizin vətəni Bolqarıstanda, Smolyan şəhərində dəfn ediləcəyi bildirilir. 

 

Qeyd edək ki, Bolqarıstan yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısı olmuş ağır çəkili idmançı həmin il Avropa çempionu adını da qazanmışdı. O, 2003-cü ildə dünya çempionatının gümüş medalına yiyələnmişdi.

 

Pekin-2008-də dopinq səbəbindən 4 illik cəzalanan ağırlıqqaldıran 2010-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi. Yığmamızın heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməmişdi. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun dövrünün keçdiyini əsas gətirib, buna əngəl olmuşdu.

 

0