SİZİN REKLAM BURADA

Gimnastlarımız Minskdə medal qazandılar

Belarusun paytaxtı Minskdə batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Belarus paytaxtında “Açıq Slavyan Oyunları”nın ardından bu yarışa qatılan idmançılarımız gümüş medal qazanıblar.

 

Ölkəmizi təmsil edən qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramlarını dəqiqliklə yerinə yetirərək, hakimlərdən yüksək xal almağı bacarıblar. Qızlarımız yalnız Belarus komandasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsində dayanıblar. Fərdi proqramda isə xanım gimnastlarımız final mərhələsinə adlaya bilməyib.

 

Sinxron proqramda çıxış edən növbəti təmsilçilərimiz Oleq Piunov və İlya Qrişunindən ibarət kişi cütlüyümüz olub. Batutçularımız final mərhələsinə adlamağı bacarsalar da, yekun mərhələdə öz hərəkətlərində səhvə yol verdikləri üçün, 4-cü yerlə kifayətlənməli olublar. Fərdi hərəkətlərdə isə İlya və Oleq ilə yanaşı, millimizin digər üzvü Ruslan Ağamirov da öz gücünü sınayıb. İdmançılarımızdan yalnız İlya final mərhələsində çıxış edərək, 7-ci yerdə qərar tutub. Oleq və Ruslan isə müvafiq olaraq 13-cü və 22-ci sırada yer alıblar. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10