[b]Ramil Quliyevdən növbəti çempionluq - VİDEO[/b]
20.08.2017 - 20:38
Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca "Brilliant Liqa"da daha bir qızıl medala sahib olub.
2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.
0
0