[b]“Real” və “Barselona” qələbə ilə başladı[/b]
21.08.2017 - 09:48
[b]“Real” və “Barselona” qələbə ilə başladı[/b]

İspaniya çempionatında 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, son çempion “Real” “Deportivo”nun qonağı olub.

 

“Kral klubu” çətinlik çəkmədən aktivinə 3 xal yazdırıb. “Real”ın əzəli rəqibi “Barselona” da yeni mövsümə qalibiyyətlə başlayıb. Kataloniya təmsilçisi öz meydanında “Betis”dən güclü olub.

 

“Sevilya” və “Atletik”in 1 xal qazandığı turda “Atletiko” da heç-heçəyə imza atıb. Dieqo Simeonenin komandası “Xirona” ilə matçın gedişində 2 top fərqilə geri düşsə də, məğlubiyyətdən xilas olmağı bacarıb.

 

İspaniya. La Liqa

I tur

 

18 avqust

“Leqanes” – “Alaves” – 1:0

Qol: Qabriel, 24

 

“Valensiya” – “Las Palmas” – 1:0

Qol: Zaza, 22

 

19 avqust

 

“Selta” – “Real Sosyedad” – 2:3

Qollar: Qomes, 22, 50 = Oyarzabal, 33; Xuanmi, 80; Villian Xose, 88 (pen.)

 

“Xirona” – “Atletiko” – 2:2

Qollar: Stuani, 22, 25 – Korrea, 78; Ximenes, 85

 

“Sevilya” – “Espanyol” – 1:1

Qollar: Lenqlet, 26 – Baptistao, 35

 

20 avqust

 

“Atletik” – “Xetafe” – 0:0

 

“Barselona” – “Betis” – 2:0

Qollar: Toska, 36 (avtoqol); Roberto, 39

 

“Deportivo” – “Real” – 0:3

Qollar: Beyl, 20; Kasemiro, 27; Kroos, 62

 

Qeyd: “Levante” – “Vilyarreal” (22:15) və “Malaqa” – “Eybar” (00:00) oyunları bu gün keçiriləcək.

0