[b]Çempion və Milan klubları eyni hesaba sevindi[/b]
21.08.2017 - 10:10
[b]Çempion və Milan klubları eyni hesaba sevindi[/b]

İtaliya çempionatında da 2017/18 mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, son illərin çempionu “Yuventus” yeni mövsümə qələbə ilə başlayıb.

 

Turin klubu “Kalyari”ni xalsız yola salıb. “Napoli” və “Roma”nın da qələbə qazandığı turda “Latsio” 1 xalla kifayətlənib.

 

Milan təmsilçiləri isə yeni mövsümə eyni hesablı qələbə ilə başlayıblar. Belə ki, “İnter” öz meydanında “Fiorentina”nı, “Milan” isə səfərdə “Krotone”ni 3 cavabsız qolla məğlub edib.  

 

 

İtaliya. A seriyası

I tur

 

19 avqust

“Yuventus” – “Kalyari” – 3:0

Qollar: Mandzukiç, 12; Dibala, 45+1; İquain, 66

 

“Verona” – “Napoli” – 1:3

Qollar: Patsini, 83 (pen.) – Suprayen, 32 (avtoqol); Milik, 39; Qulam, 62

 

20 avqust

“Atalanta” – “Roma” – 0:1

Qol: Kolarov, 31

 

“Udineze” – “Kyevo” – 1:2

Qollar: Sereu, 37 – İnqlese, 15; Birsa, 54

 

“Sassuolo” – “Cenoa” – 0:0

 

“Sampdoriya” – “Benevento” – 2:1

Qollar: Kvalyarella, 39, 54 – Çiçiretti, 15

 

“Latsio” – “Spal” – 0:0

 

“İnter” – “Fiorentina” – 3:0

Qollar: İkardi, 6 (pen.), 15; Perişiç, 79

 

“Krotone” – “Milan” – 0:3

Qollar: Kessie, 6; Kutrone, 18; Suso, 24

 

“Bolonya” – “Torino” – 1:1

Qollar: Di Françesko, 27 – Lyayiç, 34

0