[b]Cavadovla Əhmədova çatdı, Əliyevi arxada qoydu[/b]
21.08.2017 - 10:41
[b]Cavadovla Əhmədova çatdı, Əliyevi arxada qoydu[/b]

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov “Qarabağ”da yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının II turunun “İnter”lə qarşılaşmasının (1:0)  taleyini vurduğu qolla həll edən yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 30-cu dəfə fərqlənib.

 

“Qarabağ”da 213-cü matçını keçirən Əfran “İnter”lə görüşədək 29 qol vurmuşdu. O, çempionatda 21, kubokda 2, avrokuboklarda 7 dəfə fərqlənib.

 

Əfran “Qarabağ”ın tarixində 30 və daha çox qol vuran 17-ci futbolçudu. O, bu qədər qol vuran Vaqif Cavadovla Tərlan Əhmədova çatıb. Bu “üçlük” 15-17-ci yerləri bölüşür. Bunadək 29 qol vuran İsmayılov eyni sayda uğuru olan Rauf Əliyevi arxada qoyub.

 

Qeyd edək ki, Əfranın “Qarabağ”dakı orta məhsuldarlığı 0,14-dü.

0