[b]Yığmamızın üzvü 90 dəqiqə oynadı[/b]
21.08.2017 - 10:42
[b]Yığmamızın üzvü 90 dəqiqə oynadı[/b]

Millimizin müdafiəçisi Pavel Paşayevin komandası “Aleksandriya” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, kollektiv Ukrayna çempionatının VI turu çərçivəsində “Karpatı”nın qonağı olub.

 

Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Start heyətində yer alan Paşayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 6 turdan sonra 4 xal toplayan “Aleksandriya” turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

0