[b]Elxan Abdullayev istefa verdi[/b]
21.08.2017 - 12:05
[b]Elxan Abdullayev istefa verdi[/b]

"Neftçi" baş məşqçisi Elxan Abdullayevlə yolları ayırıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

 

Belə ki, istefa ərizəsi ilə "Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

 

"Neftçi” Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Abdullayev ötən ildən "ağ-qaralar"ı çalışdırırdı. 

0