[b]“Təklif gəlsə, sevə-sevə qəbul edərəm” – Kamal Quliyev[/b]
21.08.2017 - 12:47
[b]“Təklif gəlsə, sevə-sevə qəbul edərəm” – Kamal Quliyev[/b]

“Heç kim istəməz ki, hansısa məşqçi işsiz qalsın. Amma reallıq deyilən bir şey var. Bütün dünyada belədi ki, köklü komandanın baş məşqçisi nəticə verə bilməyəndə onu bu cür aqibət gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq məşqçisi Kamal Quliyev deyib.

 

Hazırda “ağ-qaralar”ın futbol akademiyasında baş seleksiyaçı vəzifəsini icra edən Quliyev “Neftçi”nin baş məşqçi Elxan Abdullayevlə yolları ayırmasına toxunub.

 

“Təklif gəlsə, əsas komandanı çalışdırarsızmı” sualına keçmiş müdafiəçi belə cavab verib: “Hazırda akademiyada işləyirəm. Amma rəhbərlik tərəfindən mənə əsas komandanın baş məşqçisi olmaq təklifi gəlsə, sevə-sevə qəbul edərəm. Hər məşqçinin öz fəlsəfəsi var. Komandanı bu vəziyyətdən çıxarıb, problemləri yoluna qoymaq olar. Rəhbərliklə bu barədə heç bir söhbətimiz olmayıb. Qərarları onlar verir. Necə məsləhət görürlərsə, elə də olacaq”.

 

Quliyev paytaxt klubunun hazırkı heyətlə Avropa Liqasına vəsiqə qazanmaq gücdə olduğunu qeyd edib: “Fikrimcə, bu mövsüm çempionluq uğrunda mübarizə aparmaq absurd olar. Ancaq Avroliqaya düşmək uğrunda oynamaq mümkündü. Heyətdə keyfiyyətli oyunçular var. Birinci növbədə, komandaya qələbə ruhunu qaytarmaq lazımdı”.

 

41 yaşlı mütəxəssis “Neftçi”nin baş məşqçisi postunu yenə yerli məşqçinin tutmalı olduğunu vurğulayıb: “Kim gəlsə, əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Hazırda istedadları üzə çıxarmaq yönündə işləyirəm. Amma əsas komandada etimad göstərilsə, hazıram. İşimi vicdanla, ədalətlə yerinə yetirərəm. Mən meydan üçün yaranmışam. Elxan Abdullayevin yerinə gələcək şəxs komandanı bu vəziyyətdən çıxarmalıdı. Düşünürəm ki, “Neftçi”nin çalışdırıcısı yenə yerli məşqçi olmalıdı. Çünki bu komandada azərbaycanlı mütəxəssis uğur qazanıb. Mənə təklif gəlməsə belə, yeni məşqçiyə qardaş kimi kömək etməyə hazıram. Təki komandamız uğur qazansın”.

0